Logo

Pedaqoji tələbələr üçün adaptasiya proqramı - FOTO

31.05.2023 17:38 416 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “Pedaqoji tələbələr üçün adaptasiya proqramı” layihəsinin 13, 14, 20, 21 may tarixlərində təlimləri keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimlər zamanı layihə rəhbəri Nərmin Hüseynova və layihənin təlimçiləri olan Fəzilə Mahmudova ilə Rüfət Əsadzadə tərəfindən layihə barədə iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra “Sinfin idarəolunması”, “Lider müəllim”, “Öyrədici mühitin yaradılması”, “Valideynlərlə iş” və s. kimi mövzularda təlimlər baş tutub.

Onu da qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır - 2022” qrant müsabiqəsinin qalibi olub.

Xəbər lenti